Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb
"Arsenal"ın yarımmüdafiəçisi Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb.
QELEBE.AZ xəbər verir ki, o, bunu 12-ci turun "Tottenhem"lə matçında 3 qol vurmaqla bacarıb.
Beləliklə, 27 yaşlı futbolçu çempionat tarixinin 400-cü het-trikinin müəllifi olub.
Həmçinin ingiltərəli oyunçu Premyer Liqa matçında ən azı 3 qol vuran 23-cü "Arsenal" futbolçusudur.
Qeyd edək ki, sözügedən görüşdə "Arsenal" "Tottenhem"ə 4:1 hesabı ilə qalib gəlib.

https://mail.qelebe.az//uploads/photo/eberechi-eze-ingiltere-premyer-liqasinin-tarixine-dushub.webp