Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur "Kicker" nəşri bu gün "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununa xüsusi yer verilib.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qəzet bir səhifəni məhz bu qarşılaşmaya həsr edib.

Səhifənin başlığında "Aber Mit Vergnügen" (Amma məmnuniyyətlə), yarımbaşlıqda isə "Ştrayx və "Frayburq" hazırdır və indi avdokuboklardan həzz ala bilərlər" yazılıb.

"Kicker" hər iki komandanın ehtimal olunan start heyətlərini də açıqlayıb. Nəşr azərbaycanlı jurnalist Rasim Mövsümzadədən "köhlən atlar" haqqında açıqlama da alıb.

Bundan əlavə, qəzetin son səhifəsində Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da fikirlərinə rast gəlinir. 32 yaşlı hücumçuya bugünkü matçla bağlı yox, III Bundesliqanın növbəti turunda "Zviçkau" komandasına qarşı keçirəcəkləri görüşlə bağlı müraciət olunub.

Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb