MOK-un vitse-prezidenti və baş katibi Avropa Gəncləri Qış Olimpiya Festivalının açılışında iştirak ediblər

MOK-un vitse-prezidenti və baş katibi Avropa Gəncləri Qış Olimpiya Festivalının açılışında iştirak ediblər

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalının açılışında iştirak edib.

“QELEBE.AZ” xəbər verir ki, şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri Trieste şəhərinin “Piazza Unità D Italia” mərkəzi meydanında, açıq havada baş tutan açılış mərasimində paraddan keçiblər.

Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. İşıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açılış mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiyaya səyahət təşkil olunub.​ EYOF iştirakçılarının olimpiya çempionluğuna gedən yollarını, təcrübəsini və əzmini simvolizə edən məqamlara toxunulub. Sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan EYOF məşəlini alovlandırıb.

Qeyd edək ki, yanvarın 28-dək davam edəcək festivalda Azərbaycan fiqurlu konkisürmə üzrə komandanın üzvü Səbinə Əliyeva ilə təmsil olunur. 14 yaşlı atletin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. O, iki gün sonra sərbəst proqramda mübarizə aparacaq.

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb