Nikolas Raysel: “Qarabağ” - “Gent” duelinin favoriti Azərbaycan komandasıdır”

Nikolas Raysel: “Qarabağ” - “Gent” duelinin favoriti Azərbaycan komandasıdır”

“Mənə görə, “Qarabağ” - “Gent” duelinin favoriti Azərbaycan komandasıdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanda “Qəbələ” və “Səbail”in formasını geyinmiş fransalı futbolçu Nikolas Raysel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent” önündə şanslarını dəyərləndirərkən deyib.

Hazırda Belçikada I liqa təmsilçisi “Dender”in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi “Gent”in heç də parlaq günlər yaşamadığını söyləyib: “Düzdür, onlar bu mövsüm ilk “5-liy”ə iddia edirlər. Ancaq əvvəlki güclərində deyillər. Üstəlik, “Qarabağ”ın zəngin avrokubok təcrübəsi var. Hazırda “Gent”in müəyyən çətinlikləri var. Bütün bunları nəzərə alaraq, “Qarabağı” cütlükdə daha şanslı görürəm”.

Karyerası ərzində Belçikada “Union”, “Ostende”, “Roselar” kimi klublarda da çıxış etmiş Raysel baxımlı mübarizə olacağını proqnozlaşdırıb: “Şəxsən mən pley-off olsa da, bu komandaların oyunlarında açıq futbol gözləyirəm. “Qarabağ” 3-lü müdafiə sisteminə qarşı sürətli oynamağı bacarır. Çünki sürətli oyunçulara sahibdir. Topsuz pressinq, hücumlara sürətli çıxmaq bu matçlarda həlledici rol oynaya bilər”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra Gentdə keçiriləcək.

Futbol
Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Lüdovik Blas: "Qarabağ"la oyuna hazırıq"

Futbol
Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

Futbol
Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib