"Sumqayıt" üç oyunçusu ilə müqavilə yeniləyib

"Sumqayıt" üç oyunçusu ilə müqavilə yeniləyib

"Sumqayıt" üç basketbolçusu ilə müqavilə yeniləyib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zaur Quşanov, İsmayıl Əliyev və Murad Orucəliyevin növbəti mövsümdə də komandada çıxış edəcəyi dəqiqləşib.