Azərbaycan Futzal Federasiyası Bakı təmsilçisinin Yüksək Liqaya buraxılmamasının səbəbini açıqlayıb

Azərbaycan Futzal Federasiyası Bakı təmsilçisinin Yüksək Liqaya buraxılmamasının səbəbini açıqlayıb

Azərbaycan Futzal Federasiyası (AFF) "Yasamal Bakı" komandasının Yüksək Liqaya buraxılmamasının səbəbini açıqlayıb.

Bu barədə "Report"a quruumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov açıqlama verib.

Federasiya rəsmisi ötən mövsüm sonuncu yeri tutan kollektivin bu dəfə də yarışa qatılmaq istədiyini təsdiqləyib:

"Onlar da iştirak etmək istəyirdilər. Ancaq maddi baxımdan klubun heç bir dayağı yox idi. Bu da bir qədər riskli idi. Yəni, komanda mövsümü sonadək davam etdirməyə də bilərdi. Həm bunu, həm də ötən mövsümdəki çıxışı nəzərdən keçirdik. Eləcə də əsasnamənin müvafiq bəndini əsas götürərək, bu dəfə "Lənkəran" komandasının iştirakına şərait yaratdıq".

M.Məmmədov digər müraciətlərin daxil olması ilə bağlı bunları söyləyib:

"Federasiya hər zaman komandaların müraciətləri üçün açıqdı və dərhal dəyərləndirir. Yeni mövsüm üçün adlarını açıqladığımız komandaların iştirakına qərar verildi. Onlardan "Lənkəran" yenidir. Bu komandanın rəhbərliyi ilə görüş keçirildi, şəraiti, planları ilə tanış olduq və çempionatda iştirak etmələri üçün "yaşıl işıq" yandırıldı. Onu da qeyd edim ki, əvvəlki illərdə olduğu kimi, yenə oyunların keçirilməsi üçün zalların icarə haqqı, oyunların təşkili üçün vacib işçilərin əməkhaqqı federasiya tərəfindən qarşılanacaq. Bundan başqa, həm iştiraka görə üzvlük haqqı, eləcə də legioner sifarisinə gorə pul alınmayacaq".

O, debütant "Lənkəran" barədə də danışıb:

"Planları ilə tanış olduq. Yaxşı işlər görmək istəyirlər. Oyunları bölgədə keçirmək üçün müəyyən hazırlıq olmalı, təcrübə toplamalıdırlar. Yaxın müddət üçün yox, gələcəkdə bu da mümkündur. Federasiya da daim öz dəstəyini göstərir ki, bölgələrdə oyunlar təşkil olunsun. Ancaq bu işi kor-koranə şəkildə yox, planlı şəkildə etməyin tərəfdarıyıq".

Qurum rəsmisi növbəti mövsümdə ciddi yeniliyin olmayacağını sözlərinə əlavə edib:

"Yüksək Liqada yenə oyunlar 4 dövrədən - 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan ediləcək. I Liqada bu dəfə 12 yox, 10 komanda bir dövrə - 9 tur ərzində yarışacaq. Daha sonra ilk 4 yeri tutacaq komandalar pley-offda iştirak edəcəklər. Pley-off oyunları da bir matçdan ibarət olacaq. Qaliblər finalda görüşəcək, məglublar isə bürünc medalın sahibini müəyyənləşdirəcəklər".

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək. Çempionatda "Araz-Naxçıvan", "Neftçi İK", "Baku Fire", "Şuşa MFK", U-19 və "Lənkəran" mübarizə aparacaq.

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
Ronaldu və Messi şahmat taxtası arxasında qarşılaşıblar

Ronaldu və Messi şahmat taxtası arxasında qarşılaşıblar

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub

Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"