Qurban Qurbanov: "Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"

Qurban Qurbanov: "Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"

"Qarabağ" "Ferentsvaroş" qarşı səhvsiz oynamağa çalışacaq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".

O, 2023-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşdıqlarını xatırladıb:

"Həmin vaxtdan rəqibin heyətində bir çox dəyişikliklər olub. Həmçinin məşqçilər korpusu da dəyişib. Eləcə də "Qarabağ"ın da bəzi futbolçuları komandadan ayrılıb. Sabahkı qarşılaşma hər iki kollektiv üçün maraqlı olacaq. Düşünürəm ki, Bakıdakı oyunda artıq hər iki tərəf bir-birini daha yaxşı tanımış olacaq. Rəqibə qarşı ilk matçda sona qədər mübarizə aparmalıyıq".

Q.Qurbanov rəqibin sürətli futbola üstünlük verdiyini düşünür:

"Bu komanda hücumlara həddindən artıq sürətli çıxır. Rəqib artıq tam fərqli sistemdə çıxış edir. Fiziki cəhətdən çox yaxşıdırlar və dinamik oyuna üstünlük verirlər. "Qarabağ" daha çox çalışıb topa sahib olmağa çalışır. "Ferentsvaroş" isə çalışır ki, rəqibə mane olsun və öz oyununu sərgiləyə bilməsin. İstənilən halda belə rəqiblərə qarşı oynamışıq. Lakin etiraf etməliyik ki, "Ferentsvaroş"un heyətində yer alan futbolçular daha bacarıqldırlar".

Baş məşqçi bu cür matçlarda qol buraxmamağın vacibliyini vurğulayıb:

"Belə qarşılaşmalarda əsasən qapının toxunulmazlığını qorumalısan. Lakin nəticənin daha yaxşı olması üçün yaradıcı futbol sərgiləmək lazımdır. İlk məqsədlərimizdən biri rəqibin qapısına qol vurmaq olacaq. Ümumiyyətlə istəyirik ki, "Qarabağ" hər matçda qol vursun. Çünki azarkeşlər qol olan matçları daha çox sevirlər".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Futbol
Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub