Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

“2022-ci ildə bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim. Amma zədə səbəbindən həmin turnirlərə tam hazırlaşa bilmədim”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə yığmanın üzvü Cavad Ağayev deyib.

21 yaşlı idmançı bildirib ki, 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən ona verilən mənzilin orderi həyatında ən dəyərli hədiyyədir: “Cənab Prezident İlham Əliyev həmişə idmanı və idmançıları diqqətdə saxlayır. Yarışlarda uğur qazanmağımız da məhz onun, dövlətin bizə qayğısının nəticəsidir. Buna görə Prezidentə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident tərəfindən verilən mənzilin orderi həyatımda ən dəyərli hədiyyədir”.

2022-ci il dünya çempionatında bürünc, U-21-in Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Cavad Ağayev bu il baş tutacaq yarışlarda da öz sözünü deməyə çalışacağını vurğulayıb. 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan taekvondoçu Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq arzusundadır: “2023-cü ilin ötən ildən də uğurlu olacağına inanıram. Bizi qarşıda böyük yarışlar gözləyir. Əsas məqsəd Bakıda keçiriləcək dünya çempionatında inamlı çıxışdır. Mənə olan ümidləri doğrultmağa çalışacağam. Meksikadakı dünya çempionatına ayağımdakı zədə səbəbindən tam hazırlaşa bilmədim. Amma Vətənə əliboş qayıtmadım. Ümid edirəm ki, həmin “bürünc”ü Bakıda “qızıl”a çevirəcəyəm. Mundialın ardınca Polşada Avropa Oyunlarında iştirak edəcəyik. Həmin yarışda da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün mübarizə aparacağam”.

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar