"Araz-Naxçıvan"ın 77 yaşlı rəqibi: Azərbaycan klublarından yalnız "Qarabağ"ın məğlub etdiyi "Omoniya" - TANITMA

"Araz-Naxçıvan"ın 77 yaşlı rəqibi: Azərbaycan klublarından yalnız "Qarabağ"ın məğlub etdiyi "Omoniya"  - TANITMA

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Kiprin "Omoniya" klubunun 77 yaşı var.

"Report"un məlumatına görə, Nikosiya təmsilçisi 1948-ci ildə yaradılıb.

1953-cü ildən əsas liqada çıxış edən komanda 21 dəfə ölkə çempionu olub. "Omoniya" 16 dəfə Kipr Kubokunu, 17 dəfə Superkuboku qazanıb. Bundan əlavə, klub indiyədək elitanı tərk etməyən üç Kipr klubundan biridir.

Paytaxt təmsilçisi ölkəsində bir sıra rekordlara da imza atıb. Bunlardan biri komandanın 1970-1989-cu illər aralığında ardıcıl 14 mövsüm çempion olmasıdır. "Ağ-yaşıllar" ardıcıl 4 dəfə Kipr Kubokuna (1979-1983) da sahib olublar.

Komanda ev oyunlarını 22 min 859 azarkeş tutumuna malik GSP stadionunda keçirir. Klubun prezidenti Stavros Papastavru, hazırkı baş məşqçisi isə Henninq Berqdir. "Omoniya"nın heyətində bir neçə məşhur oyunçular var. Daha əvvəl Portuqaliyanın "Portu", Türkiyənin "Fənərbağça" kimi klublarında çıxış etmiş qapıçı Fabiano hazırda komandanın uğurları üçün çalışır. "Mançester Siti" və "İnter"in sabiq üzvü, monteneqrolu Stevan Yovetiç də 2024-cü ildə transfer edilib.

"Omoniya" indiyədək avrokuboklarda üç dəfə Azərbaycan klublarına rəqib olub. "Qarabağ" 2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsində Kipr təmsilçisi ilə qarşılaşıb. Səfərdə rəqibini 4:1 hesabı ilə üstələyən "köhlən atlar" Bakıda heç-heçəyə razı olub - 2:2.

Ardınca "Qəbələ" 2023/2024 mövsümündə bu turnirin II təsnifat mərhələsində hər iki görüşdə məğlub olub - 2:3, 1:4.

Son olaraq ötən mövsüm "Zirə" bu kollektivlə üz-üzə gəlib. Nikosiyada 6 top buraxan "qartallar" evdə minimalhesablı qalibiyyət əldə edib - 1:0.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək. Naxçıvan klubu əvvəlki raundda Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın "Torpedo" komandasını mübarizədən kənarlaşdırıb.

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY