Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib
Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.
QELEBE.AZ xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib.

https://mail.qelebe.az//uploads/photo/mehemmed-agakishiyev-ermeni-reqibine-ipponla-qalib-gelib.webp