Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb.

“Krasnodar”ın sabiq çalışdırıcısı “QELEBE.AZ”a müsahibəsində “Qarabağ”, “Neftçi” və “Sabah”ın oyunçularını fərqləndirib.

39 yaşlı mütəxəssis Azərbaycan millisinin 10 üzvünün qonşu ölkədə çıxış etmək iqtidarında olduğunu düşünür: “Subyektiv fikrimi bildirəcəyəm. Rusiya Premyer Liqasında yerli futbolçulardan Elvin Cəfərquliyev, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Bədavi Hüseynov, Emin Mahmudov, Eddi İsrafilov, Aleksey İsayev, Elvin Camalov və Namik Ələskərov oynaya bilərlər. Heç kimin xətrinə dəymək istəməzdim, ola bilər ki, bəzi oyunçuları qeyd etməyi unutdum. Ancaq onu deyə bilərəm ki, Azərbaycanda Rusiya Premyer Liqasında çıxış edə biləcək bir çox futbolçu var. Bundan əlavə, Azərbaycanda oynayan legioner futbolçular da var ki, onlar Rusiya Premyer Liqası klublarını gücləndirəcək səviyyədədirlər”.

O, Azərbaycan klublarının Rusiyadan oyunçu transfer etmələrinin çətin olduğunu sözlərinə əlavə edib: “Burada maliyyə amili böyük rol oynayır. Rusiya Premyer Liqası klublarında maaşlar Azərbaycan klublarındakından daha yüksəkdir. Eyni səviyyəli futbolçunu İspaniya, Portuqaliya kimi ölkələrin aşağı liqalarında və ya başqa ölkələrin çempionatlarında axtarmağa cəhd etmək olar. Məncə, ən başlıca səbəb budur”.

Murad Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib

DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib

Futbol
Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub