4 parataekvondoçumuz beynəlxalq turnirdə
Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon açıq Çağırış turnirində 4 parataekvondoçu təmsil edəcək.
QELEBE.AZ xəbər verir ki, turnirin K-44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) mübarizə aparacaq.
Yarış 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına reytinq xarakteri daşıyır.
Qeyd edək ki, parataekvondoçularımız iyulun 11-də start götürəcək turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcəklər.

https://mail.qelebe.az//uploads/photo/4-parataekvondochumuz-beynelxalq-turnirde.webp