“Qəbələ” rəsmisi klubun akademiyasının fəaliyyətinin məhdudlaşdırılmasına münasibət bildirib

“Qəbələ” rəsmisi klubun akademiyasının fəaliyyətinin məhdudlaşdırılmasına münasibət bildirib

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı klubun akademiyasının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına münasibət bildirib.

O, bu barədə “QELEBE.AZ”a açıqlama verib.

S.Səfiyarlı digər bölgələrdə aparılan seleksiya işlərinin məhdudlaşdırıldığını söyləyib:

"Əslində heç bir komanda ləğv olunmayacaq. Çünki lisenziyalaşdırmanın şərtlərinə riayət edilməlidir və aşağı yaş qruplarından ibarət komandalar formalaşmalıdır. Sadəcə, əvvəl kənardan futbolçular gətirirdiksə, daha bu olmayacaq. Ötən mövsüm AFFA 700 min manat ayırmışdı. Amma bu, tam olaraq kifayət etmirdi. Təbii ki, AFFA-nın borcu deyil yardım etmək. Klub rəhbərliyi Zaqatalada, Beyləqanda, İmişlidə, Qusarda və digər bölgələrdə olan istedadlı uşaqların itib-batmaması üçün çalışırdı, onları akademiyaya dəvət edirdi. Uşaqları 12-13 yaşlarından akademiayaya dəvət edirdik. Ötən il akademiyada 52 uşaq qalırdı. Hər biri normal qidalanır, məşq edirdilər. İndi isə onları akademiyada saxlamaqla bağlı çətinliklər yaranıb".

Klub rəsmisi akademiyanın nəzdində olan meydançaların durumu ilə də bağlı danışıb:

"Təbii ki, meydançaları saxlamaq da müəyyən maliyyə tələb edir deyə, bu məsələyə də baxılacaq. Hazırda 6 meydançamız var. Müəyyən hissəsini bağlaya da bilərik. Akademiyanın fəaliyyəti məhdudlaşdırıldığı üçün onlara baxmaq da əlavə xərc tələb edir".

Qeyd edək ki, "Qəbələ" rəhbərliyi klubun Futbol Akademiyasının fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırıldığını açıqlayıb.

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub