ACF rəsmisi millinin dünya çempionatındakı çıxışına münasibət bildirib

ACF rəsmisi millinin dünya çempionatındakı çıxışına münasibət bildirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu milli komandanın Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatındakı çıxışına münasibət bildirib.

ACF rəsmisi bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, millinin çıxışını qənaətbəxş hesab edib: "Yarışı 3 bürünc medalla başa vurduq. Həmçinin cüdoçularımızdan biri beşinci, biri isə yeddinci yeri tutdu. Bu nəticələri qənaətbəxş sayırıq. Medal sayına görə kişilər arasında rekord təkrarlandı. 2017-ci ildə olduğu kimi, bu dəfə də 3 medal əldə etdik.

Bununla yanaşı, yarış göstərdi ki, hələ də üzərində işləməli olduğumuz müəyyən məqamlar var. Xüsusilə, idmançılarımızın hesabda öndə olduqları görüşləri son saniyələrdə uduzmaları bizə bəzi məqamların üzərində daha ciddi işləməli olduğumuzu göstərdi. Bu istiqamətdə məşq prosesində müvafiq dəyişikliklər ediləcək".

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışda təmsil edib. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Komanda yarışında isə təmsilçilərimiz 1/8 finalda Almaniyaya məğlub olub - 1:4.

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"