Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "Döyüşçülərimizdən UFC turnirində gözləntilərim böyükdür"

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "Döyüşçülərimizdən UFC turnirində gözləntilərim böyükdür"

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bu gün Bakı Kristal Zalında baş tutacaq “UFC Fight Night” turnirində çıxış edəcək Azərbaycan idmançılarının şanslarını dəyərələndirib.

Qurum rəhbəri bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, Rafael Fiziyevin çilili İqnasio Bahamondeslə görüşdə qələbə qazanacağına inandığını deyib:

"Rafael Fiziyevin mütləq şəkildə qələbə qazanacağına inanıram. Qalib gəlməsə, yəqin ki, özünü bağışlamaz. Fiziyevin gücünə şübhə etmirəm.

Nazim Sadıxovda isə güclü potensial görürəm. Bu, şəxsi fikrimdir. O, yüksək pillələrə qalxacaq səviyyədə idmançıdır. Özüm əvvəllər çox döyüşmüşəm və Sadıxovun gələcək vəd etdiyini görə bilirəm. Nazim elə görüşlərdə qələbə qazanacaq ki, çoxları təəccüblənəcək. Onun boyu da imkan verir ki, rəqiblərinə qalib gəlsin. Braziliyalı Nikolas Motta ilə görüşdə Nazimdən yaxşı nəticə gözləyirəm. Düşünürəm ki, rəqibini üstələyəcək. Çünki Nazim Sadıxov döyüşəndə rəqib tez yorulur.

Tofiq Musayev təcrübəli idmançıdır. Onun sürətli döyüşləri hər kəsə bəllidir. Əl və ayaqları çox işləkdir. Bir çox rəqiblərini sürəti hesabına məğlub edir. Bu dəfə də belə olacağına inanıram. Baxmayaraq ki, onun qırğızıstanlı rəqibi Mıktıbek Orolbainin döyüş tərzini anlamaq olmur. Hər dəfə oktaqona çıxanda fərqli döyüş nümayiş etdirir. İstənilən halda, hər üç döyüşçümüzə uğurlar arzulayırıq. Döyüşçülərimizdən UFC turnirində gözləntilərim böyükdür"

A.Əsgərov Azərbaycanın ev sahibliyi etdiyi yarışlardan hər zaman alnıaçıq çıxdığını söyləyib:

"Dövlətimiz daim idmana dəstək göstərir. Cənab Prezident İlham Əliyev idmana yaxın olduğu üçün hər zaman onun diqqət və qayğısını hiss edirik. Daha əvvəl ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və başqa nüfuzlu yarışlar keçirilib. UFC də dünyanın böyük təşkilatlarından biridir. Həm də bütün dünyanın diqqət mərkəzində olan turnirdir. Azərbaycana müxtəlif yerlərdən turistlər gələcək, ölkəmiz, şəhərimiz tanınacaq. Biz ölkə olaraq hər zaman yüksək təşkilatçılıqlarla yadda qalmışıq".

Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 20:00-da, əsas qarşılaşmalar saat 23:00-da başlayacaq. “UFC Fight Night”ın əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"