Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) həkimləri 22-23 noyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı keçirilən seminarda iştirak ediblər.

ACF-dən “QELEBE.AZ”a verilən məlumata görə, seminar zamanı Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib.

O, gələn ildən etibarən Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasında fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.

“Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçildiyim üçün qürur hissi keçirirəm. Son bir ildə Azərbaycan Cüdo Federasiyası elmi yanaşmaya və təhsilə xüsusi önəm verir, həmçinin cüdonun ölkədə hərtərəfli inkişafı üçün böyük səylər göstərir. Bu il ərzində Federasiyanın həkimləri, fizioterapevtləri və masajistləri bir çox beynəlxalq və yerli seminarlarda iştirak ediblər. Bu vəzifəyə təyin olunmağımla əlaqədar Azərbaycan Cüdo Federasiyasına, Avropa Cüdo Birliyinə və bütün cüdo ailəsinə təşəkkürümü bildirirəm”, - deyə R.Vəliyev bildirib.

Qeyd edək ki, Ramil Vəliyev 2012-ci ildən cüdo üzrə milli yığma komandalarında həkimi vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub