Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün son matçında "Sabah" Sumqayıtda eyniadlı komandanı darmadağın edib - 6:0.

Hesabı 3-cü dəqiqədə Emmanuel Apeh açıb. 11 dəqiqə sonra Coy Lens Mikels fərqi artırıb. 28-ci dəqiqədə Aleksey Kaşuk rəqibi növbəti dəfə cəzalandırıb. 33-cü dəqiqədə Elvin Camalov 4-cü topu meydan sahiblərinin qapısından keçirib. 77-ci dəqiqədə Anatoli Nuriyev "gənclik şəhəri" təmsilçisini 5-ci dəfə məyus edib. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Davit Volkov qoyub.

Bu qələbə ilə xallarını 43-ə çatdıran "Sabah" qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, açılış matçında "Neftçi" evdə "Şamaxı"ya 3 cavabsız qolla qalib gəlib. Turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" görüşü isə dekabrın 25-də gerçəkləşəcək.

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Futbol
Ötən ilin simvolik komandası açıqlanıb

Ötən ilin simvolik komandası açıqlanıb

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Futbol
Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb