"Neftçi" İK-nın baş məşqçisi: "Çempionluq üçün “Araz-Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik"

"Neftçi" İK-nın baş məşqçisi: "Çempionluq üçün “Araz-Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik"

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Neftçi” İK-nın baş məşqçisi İlkin Hacıyev çempionluq şanslarını dəyərləndirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında 2024/2025 mövsümünün qalibi olacaqlarına inandıqlarını bildirib.

O, son iki matçın çətin keçəcəyini vurğulayıb:

“Mövsümə yaxşı başlamışdıq. Sonradan İsa Atayevin zədələnməsi, bəzi futzalçıların komandadan getməsi və yeni gələnlərin uyğunlaşma üçün vaxta ehtiyac duyması işimizi bir qədər çətinləşdirdi. Bütün bunlara baxmayaraq, hazırda ikinci yerdəyik, “Araz-Naxçıvan”la arada 3 xallıq fərq var. Qarşıda biz iki çətin oyun gözləyir. “Araz-Naxçıvan” və “Baku Fire” ilə oynayacağıq. Həmin matçlara qələbə əzmi ilə çıxacağıq. Hər iki görüşdə əlimizdən gələni edəcəyik. Çempionluq üçün “Araz-Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik. Maksimum nəticəyə nail olmaq üçün bacardığımızı edəcəyik”.

İ.Hacıyev hazırda heyətdə zədəli futbolçuların olmadığını deyib:

“Növbəti iki matça tam heyətlə çıxa bilərik. Düzdür, “Araz-Naxçıvan”la matça qədər bir həftə vaxt var. Amma hazırda hər şey qaydasındadır. Mövsümün sonuna yaxınlaşdığımız üçün psixoloji və fiziki baxımdan müəyyən yorğunluq ola bilər. Lakin ümid edirəm ki, futzalçılarımız zədələnməyəcək və növbəti görüşə optimal heyətlə çıxacağıq”.

Qeyd edək ki, “Neftçi” İK hazırda Yüksək Liqanın turnir cədvəlində 18 turdan sonra 43 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Araz-Naxçıvan”dan cəmi 3 xal geridədir.

“Neftçi” İK mayın 22-də keçiriləcək XIX turda Naxçıvan təmsilçisi ilə üz-üzə gələcək.

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb