Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

"Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdn gələni etdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "ASCO Arena"da "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis matçın mübarizə şəraitində keçdiyini bildirib: "Sevindirici haldır ki, bizim iştirakımızla keçən oyunlar maraqlı alınır. Daha rahat qələbə qazanmaq istəyərdik. Qarşılaşma çox şən başladı. Hər iki qapıda qollar gördük. Yenidən önə keçən tərəf biz olduq. Bundan sonra da qol imkanları oldu. Amma heç bir tərəf fərqlənə bilmədi. Futbolçularım təbrik edirəm. Mövsümün əvvəlidir. İndi yığılan hər bir xal sonda çox dəyərli olacaq".

Sarı vərəqə aldığı epizodu da dəyərləndirən baş məşqçi hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəldiyini söyləyib: "Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam".

Sadıqov komandasının antifutbol sərgiləmədiyini vurğulayıb: "Müdafiə olunmaq o demək deyil. Antifutbol odur ki, tou hara gəldi vurursan, 11 futbolçu ilə cərimə meydançasının ətrafına yığışırsan, "11-lik"də çoxlu sayda müdafiəyə meylli oyunçular olur. Amma rəqib hesabda geirdirsə və böyük qüvvə ilə irəli atılırsa, müəyyən dərəcədə ehtiyatlı oynamağa və boşluqlardan istifadə edəsən. Biz də belə etdik. Xüsusi göstəriş yox idi. Bu, rəqibin hücumda daha çox olmasından irəli gəlirdi. Həmin anlarda qol epizodlarımız da oldu. Daha bir qol vursaydıq, oyun daha rahat gedərdi".

O, cari çempionatın əvvəlki mövsümlərlə müqayisədə daha ağır keçəcəyini əlavə edib: "Bunu ilk turlardan da görmək olar. Hər bir komanda sonadək mübarizə aparır. Bu gün "Səbail" azlıqda qalmasına baxmayaraq, hesabı bərabərləşdirməyə çalışdı. Bunun özü də mövsümün çətin keçəcəyini göstərir".

Baş məşqçi ötən mövsüm olduğu kimi, bu çempionatda da heyətdə çox sayda rotasiyalar etdiyini xatırladıb: "Bu, hər bir futbolçunu tonusda saxlamağa yardım edir. Bu oyunda Sertan Taşkına sağ, Qismət Alıyevə sol cinahda şans verdik. Sertanın bombardir olması bizi bir tərəfdən sevindirir, digər tərəfdən isə məyus edir. Çünki hücumçular yox, müdafiəçi fərqlənir. Üzərində işləyəcəyik. Futbolçularımız ideal formasını bərpa etdikdən sonra daha çox nəticə verəcəklər".

Sadıqov müdafiənin sol cinahı üçün legioner axtardıqlarını etiraf edib: "Sərbəst futbolçu olsa, götürmək istəyərdik. Alınmasa belə, əlimizdəki futbolçuları həmin mövqedə oynada bilərik. Mütləq vəziyyəti düzəltməliyik".

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb