"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi UEFA-nın təşkil etdiyi kursda təlimatçı kimi iştirak edib

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi UEFA-nın təşkil etdiyi kursda təlimatçı kimi iştirak edib

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.

Klubdan "Report"a verilən məlumata görə, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.

Mütəxəssis məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandanın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Qeyd edək ki, ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub. Müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandanın bazasında təcrübə keçiblər.

Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanusz Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda komandanın hazırlıq prosesində iştirak ediblər.

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Avropa Liqası: "Qarabağ" Yunanıstanda "Olimpiakos"u darmadağın edib

Futbol
İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq