İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

İspaniya Superkubokunun matçlarında yenilik tətbiq olunacaq

İspaniya Kral Futbol Federasiyası yeniliyə imza atıb.

QELEBE.AZ saytı xəbər verir ki, yerli Hakimlər Komitəsinin sədri Luis Medina Kantalexo bu gün keçirdiyi mətbuat konfransında Superkubokun hər üç oyununda yarımavtomatik ofsayd aşkarlama (SAOT) texnologiyasından istifadə ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, qarşılaşmaların keçiriləcəyi Səudiyyə Ərəbistanının Ər-Riyadd şəhərindəki “Kral Fəhd” Stadionunda artıq hər şey həllini tapıb.

İspaniya Superkubokunun sabah baş tutacaq yarımfinalında "Real" "Valensiya"nı, ertəsi gün "Betis" - "Barselona"nı sınağa çəkəcək. Yanvarın 15-də isə final qarşılaşması keçiriləcək.

Qeyd edək ki, SAOT 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı FİFA tərəfindən istifadə edilən eyni texnologiyadır. Hələlik ispanlar bundan yalnız Kral Federasiyasının himayəsi altında keçirilən turnirlərdə istifadə etməyi planlaşdırırlar. Ölkə çempionatının oyunlarına gəlincə, qərarı federasiya yox, liqa rəhbərliyi verməlidir.

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”