Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

Azərbaycanın güləş milliləri bölgələrdə təlim-məşq toplanış keçəcəklər.

"QELEBE.AZ" xəbər verir ki, müxtəlif yaş qrupları üzrə yığmaların qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.

Daha əvvəldən məlum olduğu kimi, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli Vladiqafqazda təlim-məşq toplanışı keçir.

U-20 millisi isə Antalyada keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib. Belə ki, komanda mayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.

Eyni yaş qrupu üzrə sərbəst güləşçilər də Qaxa yollanacaqlar. Ancaq bu növ üzrə U-20 millisinin bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.

Böyüklərdən ibarət sərbəst güləş yığması mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.

Qadın güləşçilər iki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U-15 və U-17 milliləri Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.

Sərbəst güləş üzrə U-17 millimiz mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib