“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq mərasimdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Ardınca Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb:

"Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Bütün yaş kateqoriyalarında təmsilçilərimizin uğurları ilə fəxr edirik. Şahmat dövlətin qayğısı altındadır. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.

Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb