Avropa çempionatında yüksək nəticələr əldə etmiş Azərbaycan güləşçiləri ilə görüş keçirilib

Avropa çempionatında yüksək nəticələr əldə etmiş Azərbaycan güləşçiləri ilə görüş keçirilib

Avropa çempionatında yüksək nəticələr əldə etmiş Azərbaycanın güləşçiləri, məşqçilər və Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri ilə görüş keçirilib.

Federasiyadan "QELEBE.AZ"a verən məlumata görə, AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov, sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov, qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, federasiyanın qadın güləşi üzrə koordinatoru Mariya Stadnik və milli komandaların bir neçə üzvü qazanılan uğurlar barədə təəssüratlarını bölüşərək yeni yarışlara hazırlıq planları haqda məlumat veriblər.

Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstək göstərilir. Bu ildən etibarən müxtəlif yaş kateqoriyaları üzrə ölkə çempionatları bölgələrdə təşkil olunur, Bakıda və regionlarda güləş zallarının intensiv şəkildə yenidən qurulması və inventarla təminatı həyata keçirilir. Bu isə güləşə kütləvi marağın artmasına təkan verir.

Görüşdə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb. Bu isə idmançılarımıza, o cümlədən, güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir. Sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın Avropa çempionu olması Azərbaycan güləşinin dünya səviyyəsində yüksək mövqeyini bir daha təsdiq edir. Qeyd olunub ki, ölkədə güləşin populyarlığı və bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır, milli komandalarımızda daha çox istedadlı gəncin təmsil olunmasına imkan yaranır. Müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarında qazandığımız uğurlar milli komandaların güclü və geniştərkibli bazaya sahib olduğunu göstərir.

Qeyd edək ki, Slovakiyada keçirilmiş Avropa çempionatında idmançılarımız 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanaraq, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yeri tutublar.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb