AFFA rəsmisi: "Son il ərzində görülən işlər UEFA tərəfindən müsbət dəyərləndirildi"

AFFA rəsmisi: "Son il ərzində görülən işlər UEFA tərəfindən müsbət dəyərləndirildi"

Son il ərzində görülən işlər həm UEFA, həm də digər ölkələrin federasiya nümayəndələri tərəfindən müsbət dəyərləndirildi.

Bunu "Report"a açıqlamasında AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov deyib.

Milli assosiasiya rəsmisi Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak etmələri ilə bağlı danışıb:

"55 ölkə nümayəndələrinin iştirak etdiyi konfransda son 3 ildə futbolun kütləviliyi istiqamətində görülən işlər haqqında geniş müzakirələr oldu. Digər ölkələrin təcrübələrini dinləmək, onlarla tanış olmaq, həmçinin öz təcrübələrimizi onlarla bölüşmək həqiqətən də bizim üçün müsbət xarakter daşıdı. Bu cür maarifləndirici konfransların tez-tez keçirilməsinin ölkəmizdə futbolun kütləviliyi istiqamətində gələcəkdə daha yaxşı işlər görməyimiz üçün təcrübə olacağını düşünürəm".

F.İsmayılov AFFA-nın son il ərzində kütləvilik istiqamətində gördüyü işlərə yüksək qiymət verildiyini söyləyib:

"Həm UEFA, həm də digər ölkələrin federasiya nümayəndələri öz növbəsində həyata keçirdiyimiz bütün layihələrdə bizə dəstək olacaqlarını bildirdilər. UEFA nümayəndələri ilə il ərzində tez-tez onlayn görüşlər də keçiririk, onların təcrübələrini gündəlik iş planlarımıza tətbiq edirik".

O, son olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin planlarından bəhs edib:

"Əsas hədəfimiz həyata keçirdiyimiz layihələrin miqyasını genişləndirmək, xüsusilə kütləviliyin əsas mənbəyi olan "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində məktəblərin sayını daha da artırmaq, ali təhsil olacaqlarında futbolla məşğul olan tələbələrin sayını artırmaqdan ibarətdir. Bildiyiniz kimi, AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə uşaqların erkən yaşda futbolla məşğul ola bilməsi üçün "Bağçalarda Futbol Dərsi" və "Playmakers" layihələri keçirilir və bu istiqamətdə görülən işləri daha da genişləndirmək istəyirik. Həmçinin layihələr üzərindən tək paytaxtda yox, eləcə də regionlarda kütləviliyin daha da artırılması üçün bir sıra işlər görməyi planlaşdırırıq".

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO