İngiltərə Premyer Liqası: “Nyukasl” ”Mançester Yunayted”i darmadağın edib, “Çelsi” isə autsayderlə bacarmayıb

İngiltərə Premyer Liqası: “Nyukasl” ”Mançester Yunayted”i darmadağın edib, “Çelsi” isə autsayderlə bacarmayıb

İngiltərə Premyer Liqasının 32-ci turunda “Çelsi” autsayder “İpsviç”i, “Nyukasl” isə “Mançester Yunayted”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Stüart Ətueilin idarə etdiyi “Çelsi” – “İpsviç” matçı “Stemford Bric”də, Kris Kavananın idarə etdiyi “Nyukasl” – “Mançester Yunayted” qarşılaması isə “Sent Ceyms Park”da baş tutub.

Birinci oyunda qonaqlar sensasiyaya yaxın olsa da, “zadəganlar” buna imkan verməyib. Belə ki, qarşılaşmanın birinci hissəsi “traktorçular”ın inamlı üstünlüyü ilə başa çatıb: 19-cu dəqiqədə Xulio Ensiso, 31-ci dəqiqədə isə Ben Conson fərqləniblər. Lakin matçın ikinci hissəsində ev sahibləri status-kvonu bərpa ediblər: 46-cı dəqiqədə “İpsviç”in konqolu müdafiəçisi Aksel Tuanzebe avtoqola imza atıb, 79-cu dəqiqədə isə Ceydon Sanço matçda son nöqtəni qoyub – 2:2.

“Nyukasl” – “Mançester Yunayted” qarşılaşmasında isə beş qol vurulub. Matçın ilk yarısında komandalar heç-heçəyə razılaşıblar: 24-cü dəqiqədə Sandro Tonali “sağsağanlar”ı hesabda irəli çıxarıb, 37-ci dəqiqədə isə Alexandro Qarnaço tablodakı rəqəmləri bərabərləşdirib. İkinci hissədə isə “Nyukasl” Harvi Barns (49’, 64’) və Brunu Gimaraynşın (77’) qolları sayəsində “qırmızı şeytanları” daha üç dəfə məyus edib – 4:1.

Beləliklə, 32-ci turdan sonra 54 xala malik “Çelsi” “Aston Villa” ilə xallarını bərabərləşdirib və 6-cı pilləyə yüksəlib. 18-ci pillədəki “İpsviç” (21 xal) isə yerində addımlayıb.

Bu qələbədən sonra “Nyukasl” (56) “Aston Villa” (54), “Çelsi” (54) və “Mançester Siti”ni (55) geridə qoyaraq ilk dördlüyə daxil olub. Ehtiyatında bir oyunu olan “sağsağanlar”ı “Nottinhem Forest”dən bir, “Arsenal”dan isə yeddi xal ayırır. Ruben Amorimin yetirmələri (38) isə “Everton”un dünənki qələbəsi fonunda 14-cü pilləyə düşüblər. Komandanın liqadan düşmə ehtimalı olmasa da, növbəti il avroturnirlərdə iştirak etmək uğrunda da yarışdan kənardır. Bununla belə, “qırmızı şeytanlar” Avropa Liqasında mübarizəni davam etdirirlər. Turnirdəki mümkün birincilik “mankunianlar”a Çempionlar Liqasına vəsiqə qazandıracaq.

Qeyd edək ki, günün digər qarşılaşmalarında “Tottenhem” “Vulverhempton” səfərindən əliboş qayıdıb – 4:2, “Liverpul” isə son dəqiqələrdə “Vest Hem”dən 3 xal qoparıb.

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib