Azərbaycan millisinin qapıçısı: "Reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin qapıçısı: "Reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik"

Reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik.

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov deyib.

Təcrübəli oyunçu aprelin 11-də Avropa çempionatının əsas mərhələsində səfərdə İsveçə qarşı keçirəcəkləri görüşlə bağlı fikirlərini bölüşüb:

“Ölkəyə dünən gəldik və yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik".

E.Kürdov heyətdə yüngül zədəsi olan futzalçıların olduğunu söyləyib:

"Həmin zədələr onların oynamağına mane deyil. İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu matça yönəldəcəyik. Düzdür, Bakıya döndükdən 2 gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar".

Kapitan bu gün baş məşqçi Vitali Borisov tərəfindən videogörüntülərin təqdim olunacağını diqqətə çatdırıb:

"Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əlehimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məşqimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub