Azərbaycan klubunun baş məşqçisi texniki məğlubiyyət almalarına münasibət bildirib

Azərbaycan klubunun baş məşqçisi texniki məğlubiyyət almalarına münasibət bildirib

I Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət almalarına münasibət bildirib.

"Report"a açıqlama verən mütəxəssis diqqətsizliyə görə adı protokolda olmayan futbolçunu meydana buraxdıqlarını söyləyib.

"Bu işdə məsuliyyət oyunun protokolunu tərtib edən şəxslərin boynundadır. Təəssüf ki, adlar səhv qeyd olunmuşdu. Onsuz da işlərimiz qaydasında getmir. Turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. Baxmayaraq ki, hər oyunda qol vəziyyəti yaradırıq, epizodlarımız olur. Lakin çatışmayan nəsə var. Bütün bunlar azmış kimi, bir tərəfdən də texniki məğlubiyyət bizi təəssüfləndirdi. İnşallah, əlimizdən gələni edəcəyik ki, komandanı bu çətin vəziyyətdən xilas edək".

Qeyd edək ki, Azərbaycan I Liqasının XX turunun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"