Mourinyonun cəzası MÜƏYYƏNLƏŞDİ

Mourinyonun cəzası MÜƏYYƏNLƏŞDİ

Joze Mourinyo Türkiyədə 3 oyunluq cəzalanıb.

QELEBE.AZ xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Türkiyə kubokunda "Qalatasaray"la derbidən (1:2) sonra həmkarı Okan Burukun burnundan yapışıb.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi portuqaliyalının 3 oyunluq diskvalifikasiyasına qərar verib. Qurum Burukun Mourinyonu təxribata çəkdiyini düşündüyü üçün daha ağır cəza seçməyib.