DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, F qrupunun sonuncu - 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

20:07

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 2:1.

19:50

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

19:42

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 3-cü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 40-cı dəqiqədə Afrika təmsilçisindən Naif Agerd avtoqol müəllifi olub - 1:2.


19:24

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 2-ci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 23-cü dəqiqədə Yussuf En-Nesiri Afrika təmsilçisinin üstünlüyünü artırıb.


19:06

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda erkən qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.


19:00

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:50

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

“QELEBE.AZ”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək