İngiltərə Premyer Liqası: “Çelsi” London derbisindən qalib ayrılıb

İngiltərə Premyer Liqası: “Çelsi” London derbisindən qalib ayrılıb

İngiltərə Premyer Liqasının 30-cu turunda Londonun “Çelsi”si eyni şəhəri təmsil edən “Tottenhem”i qəbul edib.

“Report” xəbər verir ki, “Stemford Bric”də keçirilmiş matçı baş hakim Kreyq Pouson idarə edib.

Oyunun ilk hissəsi, “zadəganlar”ın üstünlüyünə baxmayaraq, qolsuz heç-heçə ilə yekunlaşıb. İkinci yarıda tempi artıran ev sahibləri 50-ci dəqiqədə istəklərinə nail olublar: Kol Palmerin hava ötürməsindən sonra Entso Fernandes topu başla qapıya göndərib. On dəqiqə sonra “Çelsi”nin ekvadorlu yarımmüdafiəçisi Moyses Kaysedo toru silkələsə də, VAR-a baxıldıqdan sonra öncəki epizodda qeydə alınmış ofsayda görə qol ləğv edilib.

69-cu dəqiqədə “mahmızlar”ın seneqallı yarımmüdafiəçisi Pap Matar Sarr uzaqdan zərbə ilə hesabı bərabərləşdirib. Lakin VAR-a baxıldıqdan sonra baş hakim qolu ləğv edib.

Beləliklə, 30 oyundan sonra “Çelsi” (52 xal) “Nyukasl” (29 oyuna 50) və “Mançester Siti”ni (30 oyuna 51) geridə qoyaraq turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib, “Tottenhem” (34) isə 14-cü yerdə qalıb. Entso Mareskanın yetirmələri növbəti turda səfərdə “Brentford”la üzləşəcəklər, Angelos Postekoqlunun komandası isə evdə autsayder “Sauthempton”u sınayacaq. Turnir cədvəlinin lideri isə 73 xala malik “Liverpul”dur.

Qeyd edək ki, “Çelsi” – “Tottenhem” derbisi XX əsrin ortalarından bəri Londonun ən prinsipial qarşıdurmalarından biridir. Klublar arasındakı qarşıdurma 1967-ci ildə iki London komandası arasında tarixdə ilk İngiltərə Kuboku finalından sonra kəskinləşib, həmin oyunu “Tottenhem” qazanmışdı. 2016-cı ildə “Çelsi”nin “Tottenhem”lə 2:2 hesablı heç-heçə etdiyi, “mahmızlar”ın çempionluq ümidinə son qoyduğu və titulu “Lester”ə verdiyi zaman gərginlik xüsusilə yüksəlmişdi.

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

"Qarabağ" dünya nəhənglərini qabaqlayıb