"Qarabağ"ın futbolçusu: "Cari mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: "Cari mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik" - MÜSAHİBƏ

“Qarabağ”ın braziliyalı futbolçusu Leandro Andrade “QELEBE.AZ”a müsahibə verib. Yarımmüdafiəçi Misli Premyer Liqasında “Turan Tovuz” üzərində qazanılan qələbə və Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaqları “Araz-Naxçıvan” ilə görüşlər barədə danışıb. O, Ağdam təmsilçisinin əvvəlki illərə nisbətən cari mövsüm sabit çıxış etmədiyini bildirib.

- Premyer Liqanın XXVIII turunda səfərdə “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldiniz. Oyun barədə nə deyə bilərsiniz?

- Biz komanda olaraq hər görüşə qələbə əzmi ilə çıxırıq. Çalışırıq ki, hər matçda baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını dəqiq yerinə yetirək və rəqibə qalib gələk. Təbii ki, bu, bəzən alınır, bəzən yox. “Turan Tovuz”la görüşlər hər zaman çətin keçir. Rəqib güclü komandadı. Onların heyətində aqressiv və keyfiyyətli futbolçular yer alıb. Üstəlik, süni örtüklü meydanda onlara qarşı çıxış etmək çox çətindir.

- Cari mövsüm “Turan Tovuz”a qarşı keçirilən ilk 3 matçda qələbə qazana bilməmişdiniz. Bu qarşılaşmaya xüsusi hazırlaşmışdınız?

- “Turan Tovuz” elə komandadır ki, ani səhvi bağışlamır. Meydanda hansısa yanlışlığa yol versən, onlar səni dərhal cəzalandıracaqlar. Ümumilikdə rəqiblərə qarşı onların oyun üslublarına uyğun hazırlaşırıq. Əlimizdən gələn hər şeyi etdik ki, həmin matçda az səhvə yol verək. Məncə, bunu bacardıq və meydandan qələbə ilə ayrıldıq.

- Bundan öncəki turda Tovuz şəhər stadionunda “Kəpəz”lə qarşılaşdınız (0:0) və həmin matçdan sonra Qurban Qurbanov süni örtüyün yaxşı suvarılmadığını bildirərək, meydanda futbol oynamağın çətin olduğunu söyləmişdi. Bu dəfə vəziyyət necə idi?

- Açığı, meydanın durumunda elə bir fərq görmədim. Sadəcə, “Kəpəz”lə görüş günorta saatlarında baş tutmuşdu. Süni örtük suvarılsa da, Günəş oranı tez qurudurdu. Bu dəfə matç axşam vaxtı keçirildi, çox az fərq hiss olundu. Baxmayaraq ki, şərtlər hər iki komanda üçün eyni idi. Lakin Tovuzda meydana çıxmaq çox xoşuma gəlir. Orada əsl futbol ab-havasını hiss etmək olur. Azarkeşlər qarşılaşmanı daha maraqlı məcraya gətirirlər. Təəssüf ki, meydanın örtüyü sünidir.

- “Qarabağ” turnir cədvəlində ilk pillədə yer alsa da, əvvəlki illərə nisbətən rəqiblərinə asanlıqla qalib gələ bilmir. Bunun səbəbi nə ilə bağlıdır?

- Belə vəziyyətin yaranmasının səbəbkarı biz futbolçularıq. Bəzi matçlarda daha yaxşı çıxış edə bilsək də, zəif təsir bağışladıq. Əvvəlki illərə nisbətən bu mövsüm müəyyən qədər səhlənkarlığa yol verdiyimizin fərqindəyik. Lakin tək səbəb bu deyil. Artıq Premyer Liqada çıxış edən digər komandaların da gücü artmaqdadır. Onlar da öz üzərilərində işləyirlər. Azərbaycan çempionatında normal rəqabətin olduğunu söyləyə bilərik.

- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Bu görüşdən və ümumilikdə ölkə kubokundan gözləntiləriniz nədir?

- Az əvvəl də qeyd etdiyim kimi, hər oyuna qələbə üçün çıxırıq. “Araz-Naxçıvan”a qalib gələrək finala yüksəlmək üçün önəmli addım atmağı düşünürük. Çıxış etdiyimiz yarışları qızıl medallarla bitirməyi hədəfləyirik. Həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olmaq istəyirik.

- Qış "transfer pəncərəsi”ndə komanda yoldaşınız Juninyo Braziliya təmsilçisi “Flamenqo”dan transfer təklifi aldı və bunu müsbət dəyərləndirdi. Cari mövsümün sonunda sizə də ölkənizdən dəvət gəlsə, qəbul edərsiniz?

- Mən elə futbolçulardan deyiləm ki, səhər yuxudan oyanım və daha güclü klublardan təklif ala bilmək üçün xüsusi məşqlər edim. Təklif gəlirsə, deməli, futbolçu olaraq oyunum qarşı tərəfin diqqətini cəlb edib və artıq inkişafdayam. Mən bu günlə yaşayan insanam. Sabah hansısa klublardan təkliflər gələ bilər. Yəqin ki, bu barədə həmin vaxt fikirləşərəm. Amma dediyim kimi, bu məsələlər ağlımı başımdan alacaq qədər məni düşündürmür.

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər