MOK-da Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndə heyəti ilə görüş olub

MOK-da Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, ETWF-nin prezidenti Ralf Brauninger, baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyev iştirak ediblər.

Azər Əliyev Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, MOK ETWF-yə ölkəmizdə bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Ralf Brauninger ölkəmizə səfəri barədə danışıb. O, səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini bildirib. R.Brauninger martın 9-da Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü söyləyib.

O, həmçinin iyunda Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq səviyyəli "Turan Kuboku"nun keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, ETWF ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb