Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

"Bu medalı qazanmaq mənim arzum idi. Birinci yeri tutdum və himnimizi səsləndirdim".

Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qitə çempionatının əhəmiyyətinin çox böyük olduğunu bildirib: "Səhvlərimin üzərində işlədim və qızıl medal əldə etdim. Ölkəmizin çətin günündə bu nailiyyəti şəhidlərimizə həsr edirəm. Ruhları şad olsun".

Hacıyev məqsədinin 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək olduğunu bildirib: "Qarşıda Böyük Dəbilqə turnirləri var. O vaxtadək xallar yığmalıyam. Olimpiadaya gedəcəyimə inanıram".

Cüdoçu yarışın onun üçün rahat keçdiyini sözlərinə əlavə edib: "Asan yarış yoxdur. Hər idmançı ölkəsinin himnini səsləndirmək istəyir. Mənim əziyyətim yerdə qalmadı və çempion oldum. Bundan sonra daha yaxşı nəticələr qazanacağam. Əvvəl də Avropa çempionatlarında güləşmişəm, lakin medal qazana bilməmişdim".

İdmançı 81 kq-da çıxış edən Səid Mollayi ilə rəqabətə hazır olduğunu söyləyib: "Onu qabaqlayacağıma inamım böyükdür. Ümid edirəm ki, onu keçərək olimpiadaya özüm gedəcəyəm. Məşqlərdə üz-üzə gəlmişik. Hər ikimiz qalib gəlmişik. Amma əsas məşq deyil, yarışdır".

Avropa çempionu Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyük arasında dünya çempionatına qatılmaq istədiyini diqqətə çatdırıb: "Yekun qərarı baş məşqçi verəcək. İstəsələr, güləşməyə hazıram və özümə də inanıram. Olmasa, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki və Bakıda Böyük Dəbilqəyə hazırlaşacağam".

Hacıyev son olaraq 73 kq-da komanda yoldaşı Vüsal Qələndərzadənin də qızıl medal qazanmasına toxunub: "Vüsal 2004-cü ildəndir və onun gələcəyi var. Qarşıda daha yaxşı nailiyyətlər əldə edəcək. Onun qızıl medalı mənə əlavə stimul verdi".

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib