Naxçıvanda Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı cüdo üzrə açıq birincilik keçirilib

Naxçıvanda Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı cüdo üzrə açıq birincilik keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin "İdman həftəsi" adlı tədbirlər proqramına uyğun olaraq 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı martın 4-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2011-2013-cü il təvəllüdllü oğlan və qız cüdoçular arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin ilə Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı əsasında reallaşan yarışda 12 çəki dərəcəsi üzrə ümumilikdə 81 idmançı mübarizə aparıb.

Yarışda hakim qismində Arzu Acalova və Bəhriyyə Hüseynova iştirak ediblər.

Oğlanlar arasında Ayaz Əliyev (30 kq), Yusif Əhmədli (34 kq), Mətin Salahov (38 kq), Rauf Hacızadə (42 kq), Fuad Cəlilzadə (46 kq), Elman Rzazadə (50 kq), İsmayıl Şükürlü (55 kq), Yusif Əsədli (60 kq), Nadir Məmmədov (66 kq) və Səccad Heydərov (66+ kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Qızların mübarizəsində isə Sona Bağırova (36 kq) və Mələk Novruzova (40 kq) birinci yeri tutublar.

İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub. 

Qeyd edək ki, "İdman həftə"si çərçivəsində martın 5-də idman ictimaiyyəti ilə görüş keçiriləcək, mükafatlandırma tədbiri ilə həftəyə yekun vurulacaq.

Fərdi
Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"