Baş katib: "Türk Dövlətləri Kubokunun növbəti il Azərbaycanda keçirilməsini istəyirik"

Baş katib: "Türk Dövlətləri Kubokunun növbəti il Azərbaycanda keçirilməsini istəyirik"

Həvəskar xizəkçilər arasında Türk Dövlətləri Kubokunun növbəti il Azərbaycanda keçirilməsini istəyirik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının baş katibi Orxan Bədəlov deyib.

O, "Şahdağ" Turizm Mərkəzində daha əvvəl bir sıra yarışların təşkil olunduğunu da xatırladıb:

"Bu il ölkəmizdə xizək alpnizmi üzrə Dünya Kuboku gerçəkləşdi. Daha əvvəl Heydər Əliyev Kuboku təşkil etmişdik. Martda Avrasiya İttifaqı Dağ Kurortlarının tədbiri də məhz "Şahdağ"da baş tutacaq. Növbəti kubokla bağlı təklifimizi irəli sürəcəyik. Hansı ölkə daha çox maraqlı olsa, buna əsasən də qərar veriləcək. Bizim potensialımız və yarışlar üçün təcrübəmiz var. Amma qərar ortaq verilməlidir".

O, ötən ilin sentyabrında Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının yaradıldığını xatırladıb:

"Hazırda dörd üzv var. Azərbaycanda "Şahdağ" Turizm Mərkəzi, Türkiyədə "Ulu Dağ", Özbəkistanda "Amirsoy", Qazaxıstanda "Şımbulak"dır. Sonuncu iclasımızda Türk Dövlətləri Kubokunun hər il kurortların birində təşkil edilməsi barədə qərar çıxarıldı. İlk yarış "Amirsoy" kurortunda gerçəkləşdi. Növbəti turnir üçün iclasda qərar veriləcək. Hazırda bununla bağlı dəqiq qərar yoxdur. Digər kurortlar da yarışa ev sahibliyi etmək niyyətindədir. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycanın həvəskar xizəkçiləri Özbəkistanın "Əmirsoy" Dağ Kurortunda baş tutan yarışda iki medal qazanıblar.

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar