Nicat Məmmədov: "Rauf Məmmədovun Azərbaycan çempionu olması gözlənilməz deyildi"

Nicat Məmmədov: "Rauf Məmmədovun Azərbaycan çempionu olması gözlənilməz deyildi"

Rauf Məmmədovun Azərbaycan çempionu olması gözlənilməz deyildi.

Bunu "Report"a açıqlamasında şahmat üzrə sonuncu Azərbaycan çempionatının iştirakçısı, eyni zamanda məşqçi-müəllim Nicat Məmmədov deyib.

O, kişilər arasında Azərbaycan çempionu olan Rauf Məmmədovun qələbəyə layiq olduğunu bildirib:

"Budəfəki çempionat fərqli formatda baş tutdu. Yarışda çox sayda şahmatçı iştirak etmək şansı qazanmışdı. Məğlub olan mübarizəni dayandırırdı. Bu qayda çempionata maraq qatmışdı. Duellərdə mütləq qalib olmalı idi. Rauf Məmmədovun qalib gəlməsi gözlənilməz olmadı. O, yetərincə təcrübəli və güclü qrossmeysterdir. Fikir verdinizsə, oyunun taleyi sırf klassik şahmatda həll olunmurdu. Bəzən rapid növünə keçid edilirdi. Rauf rapiddə Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan xeyli geri qalır. Bununla belə, onlara rapiddə qalib gəldi. Düzdür, burada bəxt amili də rol oynadı. Teymur Rəcəbov üstün olduğu qarşılaşmada bir gedişə "vəzir"i, Şəhriyar isə bir gedişə "top"u görmədi və məğlub oldular. Yeni formatın gözəlliyi də bunda idi. Adi səhvlər məğlubiyyətə gətirir".

Mütəxəssis qadınların mübarizəsinin gözlənilən nəticələrlə başa çatdığını söyləyib:

"Çempion olan Günay Məmmədzadə Azərbaycanda qadın şahmatının liderlərindən biridir. Qadınların yarışında gözlənilən nəticələr qeydə alındı. Sona qalan iştirakçılar milli üzvləri idi".

N.Məmmədov üçüncü yer uğrunda görüşdə iştirak etməyən Teymur Rəcəbov barədə də fikirlərini bölüşüb:

"Teymur Rəcəbovun üçüncü yer uğrunda oyuna çıxmaması səhhəti ilə bağlı idi. Problemin nə olduğunu yalnız özü bilirdi. Görüşə çıxmadığı üçün texniki məğlubiyyət aldı. Finala gedən yolda Rauf Məmmədova uduzmuşdu. Düşünürəm ki, bəzən məğlubiyyəti həzm etmək lazımdır".

Qeyd edək ki, kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib