"Qarabağ" akademiyasının koordinatoru: "Bir neçə futbolçu əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar"

"Qarabağ" akademiyasının koordinatoru: "Bir neçə futbolçu əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar"

Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar.

"QELEBE.AZ" xəbər verir ki, bunu “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis aşağı yaş qruplarından ibarət kollektivlərin hazırkı durumu barədə danışıb:

"Akademiyanın komandaları hazırlığı və mövsümün ikinci hissəsində mübarizəni davam etdirirlər. Qış fasiləsinə qədər olan dövrdə əksər futbolçularımız bir yaş böyüklərdən ibarət komandalarda forma geyinirdi. Hətta yoxlama görüşlərində əsas komandaya qoşulan yetirmələrimiz də oldu. Onların inkişafı üçün addımlar atılır. Bu, dayanmadan davam etməlidir. Klub və akademiya rəhbərliyi mövsümün ikinci hissəsində də komandaların, futbolçuların, məşqçilərin inkişafı üçün lazım olan hər şeyi edəcək".

Futbol funksioneri çempionluq mübarizəsi aparan U-19, U-17, U-16 və U-15 kollektivlərinin şanslarını dəyərləndirib:

"U-15 və U-16 mayda pley-off mərhələsində oynayacaqlar. Onların nəticələri nə qədər önəmli olsa da, inkişafları daha vacibdir. Futbolçuların növbəti mövsüm üçün daha yüksək yaş qruplarında oynamağa hazır olması çox önəmlidir. Bu yaş qruplarından bir futbolçumuz artıq əsas komanda ilə hazırlıq keçir. Əsas məqsədimiz onları qısa zamanda böyük futbola çatdırmaq, istedadlarını açmaq üçün şərait yaratmaqdır. Təbii ki, mayda pley-offda nəticələr yaxşı olanda biz də sevinirik. Amma əsasən futbolçuların daha yüksək yaş qruplarına hazır olmasına fokuslanmışıq. U-17 və U-19 komandaları üçün uzun müddətdir seleksiya aparılır. Bu yaş qruplarında kənardan futbolçu cəlb etmək çox çətindir. Ona görə əlimizdə olan heyətlə nəticələrin daha yaxşı olmasına çalışırıq. Ən önəmlisi bu futbolçuları əvəzedici və əsas heyət üçün yetişdirməkdir. Artıq bir neçə futbolçumuz əsas, bəziləri əvəzedici komandanın məşqlərinə qoşulurlar. Bizi daha çox onların peşəkar futbola qədəm qoymaları maraqlandırır".

A.Hacıyev komandaların qarşıdakı dövrdə bir sıra turnirlərdə iştirak edə biləcəyini vurğulayıb:

"Bir çox ölkələrdə qışa qədər turnirlər keçirilmir. Qarşıda qatıla biləcəyimiz bir sıra turnirlərlə bağlı danışıqlar aparırıq. Bu yarışların təşkilatı işləri başa çatıb və təsdiq gözləyirik. Bir neçə komandamız yaya qədər beynəlxalq turnirlərdə iştirak edə bilər. Yaxın müddətdə bu komandalar və turnirlər dəqiqləşəcək. İldən-ilə qatıldığımız turnirlərin səviyyəsinin yüksəlməsi barədə düşünürük. Bu il ötən ilki ilə müqayisədə daha keyfiyyətli yarışlara qatılmağa qərar vermişik. Futbolçularımız və məşqçilərimiz bu sınaqlardan çox yaxşı təcrübə qazana bilərlər".

Koordinator akademiyanın “Sərhədçi” İdman Mərkəzinə köçürüləcəyini söyləyib:

"Bütün akademiyanın indi eyni məkanda – “Sərhədçi” İdman Mərkəzinə köçürülməsi planlaşdırılır. Bunun gerçəkkləşməsini istəyirik ki, bütün komandalar nəzarət altında və bir yerdə olsun. Amma meydança amili var. Bir meydança ilə çox çətin olur. Kiçik ikinci meydançanın istifadəmizə verilməsi müzakirə olunur. Bundan sonra akademiyanın eyni məkanda olması işimizin keyfiyyətini artıra bilər".

O, “Qarabağ”ın əsas komandasının üzvlərinin milli komandanın özəyini təşkil etdiyini xatırladıb:

"Son 2 ildə akademiyadan da kifayət qədər oyunçu yığmalara dəvət alır. Qısa müddətdə bu rəqəm təxminən ikiqat artıb. Əvvəl akademiyamız millilərə 16-18 futbolçu verirdisə, indi bu rəqəm 32-33-ə çatır. Bu, bizi sevindirir. Akademiyanın ölkə futboluna fayda verməsi önəmlidir. Onların sabit çıxışı, həm klub, həm millidə oynamağa indidən öyrəşməsi vacibdir. Buna görə də biz daim millilərin məşqçiləri ilə sıx əlaqədə oluruq və belə davam edəcəyik. Belə artım bu müddətdə görülən məqsədyönlü işlərin nəticəsində mümkün olub. Yaxşı seleksiya işləri aparılıb. Bütün yaş qrupları üzrə istedadlı futbolçuların akademiyamıza cəlb edilməsi üçün xeyli əməli addımlar atılıb. Bu seleksiya işləri həm Bakıda, həm regionlarda aparılıb. Yığmalardakı təmsilçilərimizin sayındakı artıma səbəb olan ikinci amil bu futbolçularla aparılan yaxşı işdir. Məşqçilər korpusu da xeyli yaxşılaşdırılıb. Artıq akademiyamızda Pro kateqoriyalı 3 məşqçi çalışır. Bu da bir akademiya üçün kifayət qədər yüksək göstəricidir. A, B və C lisenziyası olan xeyli məşqçilərimiz var. Onların işə yanaşması, futbolçularla apardığı işlər də öz müsbət təsirini göstərir. Digər amil isə şəraitin yaxşılaşdırılmasıdır. Komandalarımız beynəlxalq turnirlərə göndərilib. Bu da futbolçuların istər dünyagörüşü, istər oyun keyfiyyətlərinin artmasına təsir göstərir. Təlim-məşq bazamızda müəyyən müsbət işlər görülüb, texnologiyanı inkişaf etdirməyə çalışmışıq. Bunların hər biri dəstəkləyici amillərdir.

Aftandil Hacıyev müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edən oyunçuların bir çoxunun gələcəkdə əsas millidə görə biləcəyimizi deyib:

"Sırf istedad və yanaşma baxımından bu futbolçuların hər biri əsas yığmaya qədər yüksələ bilər. Bir neçə oyunçumuz da var ki, fiziki cəhətdən geri qaldıqları üçün millilərə dəvət almırlar. Amma biz onların potensialına bələdik, şübhəmiz yoxdur. Onlara bunun üçün lazım olan vaxtı vermişik və inkişaflarına təkan olmağa çalışırıq ki, bu oyunçuları milli komandalarımıza qazandıra bilək. Bundan əlavə, futbolçuların A milli komandaya qalxması üçün təkcə mənim, “Qarabağ” akademiyasının imkanları kifayət etmir. Bunun üçün həm çıxış etdikləri aşağı yaş qrupları üzrə yığmalar, həm peşəkar karyeralarını quracaqları klubların rolu olacaq. Bu klublar “Qarabağ” da, digərləri də ola bilər. Təbii ki, bu qədər futbolçunun hamısı “Qarabağ”ın əsas komandasında oynamayacaq, başqa klublarda da çıxış edəcək. Yəni bir futbolçunun əsas milliyə yüksəlməsi üçün kənar amillər də rol oynayır. Onun özü, klubu, rəqabət mühiti, ailəsi və digər amillər futbolçunun inkişafında müstəsna rola malikdir. Bunların hamısı bir yerdə toplanarsa, bu istedadlı futbolçularımızın əksəriyyətini əsas yığmada görə bilərik".

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib