Azərbaycan Badminton Federasiyasının rəsmisi: “Bu sahədə maddi təminatı zəif olan bəzi Afrika ölkələrinə yardım etdik”

Azərbaycan Badminton Federasiyasının rəsmisi: “Bu sahədə maddi təminatı zəif olan bəzi Afrika ölkələrinə yardım etdik”

Azərbaycan Badminton Federasiyası olaraq inkişafa ehtiyac duyan, lakin bu sahədə maddi təminatı zəif olan bəzi Afrika ölkələrinə yardım etdik.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi Afrikanın 5 ölkəsinə badminton avadanlıqlarının çatdırılması ilə bağlı memorandum imzalandığını söyləyib:

"Ötən il Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında Afrikanın 5 ölkəsinə badminton avadanlıqlarının çatdırılması ilə bağlı memorandum imzalanıb. Yardım Dünya Badminton Federasiyasının vasitəçiliyi ilə həyata keçirilir. Məqsəd badmintonun əlçatanlığını təmin etməkdir. Afrikanın bəzi ölkələrində maddi durum yaxşı olmadığı üçün orada badmintonçunun volan, raketka, idman geyimi ilə təmin olunmasında ciddi problemlər yaşanır. Biz də Azərbaycan Badminton Federasiyası olaraq inkişafa ehtiyac duyan, lakin bu sahədə maddi təminatı zəif olan bəzi Afrika ölkələrinə yardım etdik”.

Baş katib səfərin məqsədinin göndərilən avadanlıqların ünvana çatdırılmasına əyani şahidlik etmək olduğunu vurğulayıb:

“Botsvanaya səfərdə məqsəd, təbii ki, ilk olaraq yüksək nəticələrə imza atan komandamızı beynəlxalq turnirdə dəstəkləmək idi. Eyni zamanda yardım etdiyimiz badmintonçularla görüşmək, göndərdiyimiz avadanlığın ünvana çatdırıldığının əyani şahidi olmaq və yerində onların daha nəyə ehtiyaclarının olduğunu öyrənmək idi”.

O, əməkdaşlıq çərçivəsində Afrikanın 5 ölkəsindən idmançıların badmintonçularımızla birgə təlim-məşq toplanışında iştirakının nəzərdə tutulduğunu da söyləyib:

“Dəstəyimiz tək badminton avadanlığı ilə məhdudlaşmır. Bildiyiniz kimi, beynəlxalq təcrübəyə malik, yüksək səviyyəli peşəkar məşqçilərimiz var. Bu məqsədlə Afrikanın 5 ölkəsindən idmançıların badmintonçularımızla birgə təlim-məşq toplanışlarında iştirakı da nəzərdə tutulub. Artıq bu layihəyə start verilib. Kamerundan 2 oğlan və 2 qız idmançı artıq 1 aydır yığmamızın üzvləri ilə birgə toplanışda iştirak edirlər. Zambiya və Botsvananın da idmançılarının burada təlim-məşq toplanışı planlaşdırılır. Növbəti ilin əvvəlinə kimi bunu da reallaşdırmağı düşünürük”.

R.Hacıyev bu dəstəyin 2025-ci ildə də davam etməsinin gözlənildiyini vurğulayıb:

“Dəstəyimiz tək maddi-texniki təchizatla deyil, həm də onların oyun səviyyəsinin artırılması məqsədilə milli komandanın əsas heyəti ilə birgə təlim-məşq toplanışlarının təşkildir. Bu dəstəyin 2025-ci ildə də davam etməsi gözlənilir".

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyası arasında Afrikanın 5 ölkəsinə - Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanaya badminton avandanlıqları hədiyyə edilməsi ilə bağlı memorandum imzalanıb.

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar