Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a məğlub olub
Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"a məğlub olub.
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.
Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.

https://mail.qelebe.az//uploads/photo/premyer-liqa-zire-araz-naxchivana-meglub-olub.webp











