Azərbaycan millisinin baş məşqçisi Türkiyəyə qarşı oyunları dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Türkiyəyə qarşı oyunları dəyərləndirib

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində Türkiyəyə qarşı keçirdikləri yoldaşlıq oyunlarını dəyərləndirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında toplanışa bütün futbolçuları dəvət edə bilmədiklərini söyləyib.

Bununla belə, o, hazırlıq prosesindən və Türkiyə ilə qarşılaşmalardan razı qalıb:

“Bu mənim U-15 ilə ilk toplanışım idi. Oktyabrın 23-də bir araya gəldik. Oktyabrın 28-i və 31-də Türkiyə ilə yoldaşlıq görüşləri keçirdik. Rəqib komandanın futbolçuları iki ildir birlikdədir. Biz komandanın bəzi üzvlərini müəyyən səbəblərə görə dəvət edə bilməmişdik. Toplanışdan narazı qaldığımı deməzdim. İlk toplanış olduğu üçün birinci və ikinci oyunlar arasında pozitivlik baxımından böyük fərq var idi. İlk oyunda fərdi səhvlərdən qol buraxdıq. Baxmayaraq ki, komanda şəklində yaxşı mübarizə apardıq. İkinci oyun tam bizim üstünlüyümzlə keçdi. Hesab 2:2 oldu. Yüz faizlik qol imkanlarını qaçırdıq. Uşaqların beynəlxalq təcrübələri azdır, fərdi keyfiyyətlərində də bəzi sıxıntılar var. Hansı ki, müəyyən vaxtdan sonra aradan qalxa bilər. İnanıram ki, komandanı tam formalaşdıra biləcəyik”.

Qeyd edək ki, Qəbələdəki toplanış zamanı A.Nəbiyevin rəhbərlik etdiyi U-15 millisi Türkiyə ilə iki yoxlama oyunu keçirib. İlk görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb, ikinci matçda heç-heçə qeydə alınıb - 2:2.

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib