Dünya çempionu daha 4 il “McLaren”də
Formula-1 üzrə dünya çempionu Lando Norris “McLaren”lə yeni müqavilə imzalayıb.
QELEBE.AZ xəbər verir ki, 26 yaşlı britaniyalı pilot Uokinq təmsilçisi ilə əməkdaşlığını ən azı 2030-cu ilin sonunadək davam etdirəcək.
Razılaşmada müqavilənin müddətini daha bir neçə il uzatmağa imkan verən bəndin yer aldığı bildirilib.
Qeyd edək ki, Norris 2019-cu ildən “McLaren”in əsas pilotudur. O, ötən mövsüm karyerasında ilk dəfə Formula-1 üzrə dünya çempionu titulunu qazanıb.

https://mail.qelebe.az//uploads/photo/dunya-chempionu-daha-4-il-mclarende.webp