"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"

"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"

İlk oyunda qələbə qazanmağımız çox vacib idi. Təbii ki, heç nə mükəmməl deyil və hər matçda nəticə göstərmək üçün daha çox çalışmaq lazımdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Gəncə"nin ukraynalı basketbolçusu Vladislav Frolov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Baketbol Liqasının I turunda "Lənkəran" səfərində qazanılan qələbə barədə danışıb:

"Yoxlama oyunlarımız komandanın çatışmayan cəhətlərini üzə çıxarmaq baxımından əhəmiyyətli oldu. Məşqçilər korpusu işini bu yöndə quraraq qısa müddətdə problemləri minimuma endirməyə çalışıb. “Lənkəran”la görüşdən öncə təhlillər aparıldı, komandanın hazırlığı bunun üzərində qurulmuşdu. Bizim oyun üslubumuz ilk növbədə müdafiəni uğurla təşkil etməkdir. Ona görə də arxa xətdə enerjili və istəklə çxıış etmək vacib idi ki, bunu göstərdik. Hələ qarşılaşmadan əvvəl bütün basketbolçuların mübarizəyə can atdığı, qələbə qazanmaq istədiyi bəlli idi. Bizi görüşə hazırlayan məşqçilər korpusuna təşəkkür edirəm. Fədakarlıqları üçün komanda yoldaşlarıma da minnətdaram”.

Frolov növbəti turda doğma meydanda qarşılaşacaqları "Quba" ilə oyun barədə öz fikirlərini də bölüşüb: “Həqiqətən də evdə, yeni zalda oynamağı səbirsizliklə gözləyirik, azarkeşlərimizə həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hamının bizi arenada dəstəkləməsini arzulayırıq. Azarkeşlərimiz bizim “13-cü oyunçu”muzdurlar.

26 yaşlı mərkəz oyunçusu qarşıdakı matça hazırlığın əla səviyyədə getdiyini söyləyib:

“Artıq mövsümün ilk oyunları baş tutub ki, bu da hazırlığı asanlaşdırır, çünki rəqibin oyununu izləmək və nəticə çıxarmaq olar. Məşqlərimiz həmişəki kimi yüksək tempdə davam edir, indi dincəlmək vaxtı deyil. Səylə hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, "Gəncə" Azərbaycan Basketbol Liqasının I turunda "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb