Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm"

Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm"

"Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı baş tutan oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları matçda hakim idarəçiliyi barədə danışıb:

"Futbolçularımız bəsit vərəqə alarsa, günah özlərindədir. Biz bununla bağlı oyunçu ilə söhbət aparacağıq. Amma hər xırda şeyə görə oyunu saxlayıb, vərəqə göstərmək yersiz idi. Belə olacaqsa, onda gərək futbol oynamayaq. Julio Romaonun qırmızı vərəqə aldığı epizodda ilk öncə rəqib oyunçu futbolçumuzu itələyirdi. Kevin Medina penaltiyə səbəb olubsa, ikinci hissədə niyə Juninyo cərimə meydançasında yerdə qalarkən 11 metrlik cərimə zərbəsi təyin olunmadı? Rəqib futbolçumuzu iki əllə itələmişdi. "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm".

Q.Qurbanov hakim idarəçiliyi ilə bağlı şikayət etməyəcəklərini bildirib:

"Oyun başa çatdıqdan sonra baş hakimin qərarları ilə bağlı şikayət etmək mənasızdır. Çünki əvvəllər 1-2 dəfə cəhd etsək də, istəyimiz nəticə vermədi. Düşünürəm ki, bu cür qərarlar böyük komandalara qarşı tədbiq olunmazdı. Biz "Qarabağ" komandasıyıq deyə belə qərarlar olur. Hakimlik barədə çox danışmaq istəməsəm də, məcbur qaldım".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşünü şotlandiyalı baş hakim Nikolas Uolş idarə edib. Qonaqların 3:0 hesabı ilə qələbə qazandığı matçda Ağdam təmsilçisinin iki futbolçusu - Julio Romao və Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib