Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

"Hakim səhvlərində axsamalar var. İkinci qola baxacağıq. Artıq yorulmuşuq. Qırmızı, sarı vərəqələr var. Bizə qarşı nəsə olursa, cəza verilmir, biz nəsə edəndə cəza çox sərt olur".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis müdafiədə kompakt oynayıb, əks-hücumlar qurmaq istədiklərini bildirib: "Çox danışmaq olar. İkinci hissədə qol da vurduq. Qırılma nöqtəsi buraxdığımız 2-ci qol idi. Komandam yaxşı mübarizə apardı. Səhvlər olmalıdır. İki aydır, buradayam. Oyunçu çatışmazlığı var. Axtarışlar gedir".

Əhmədov "Qarabağ"a qarşı xüsusi planlarının olmadığını vurğulayıb: "Futbolçulara demişdim ki, rəqib oturuşmuş kollektivdir. Biz isə 5 ayın komandasıyıq, mən də cəmi 2 aydır buradayam. Çalışıram ki, komanda inamlı futbol göstərsin. Qışa qədər bilməliyəm ki, nə var, nə yox. Əks-hücumlarda sürətli olmalı, alınmasa pozisiyalı hücum qurmalı idik. Komandamın gücünə bələdəm. Rəqibin də rotasiyalar edəcəyini gözləyirdik. Sadəcə, inamlı futbol oynamağa çalışdıq. Belə oyunlarda hakimlər daha diqqətli olmalıdır. Hər bir futbolçu əziyyət çəkir. İkinci qol sınma nöqtəsi idi. Orada Elçin Əlicanovu itələdilər, hakim VAR-a baxmadı. Birinci hissədə futbolçuya dirsəklə zərbə endirilir, hakim deyir ki, təsadüfdür. Belə təsadüf olmur. Hakim qərarlarına görə əsəbi idim. Bir komandaya 12 tura 26 sarı, 4 qırmızı vərəqə verilməsi çoxdur. Təsadüf varsa, bizim də hansısa epizodumuz təsadüf olsun. Həm maliyyə baxımından hamıdan zəifik, həm də yeniyik. Çalışırıq ki, nəsə edək. VAR sistemi varsa, ədalətli olmalıdır, heç bir komandanın haqqı yeyilməsin".

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür