"Neftçi"nin futbolçuları Sent Martin və Monteneqro millilərinə dəvət alıb
“Neftçi”nin iki futbolçusu - Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
"QELEBE.AZ" xəbər verir ki, Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.
Kuç isə Monteneqro seçməsi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.

https://mail.qelebe.az//uploads/photo/neftchinin-futbolchulari-sent-martin-ve-monteneqro-millilerine-devet-alib.webp











