Anar Allahverdiyev: "Vüqar Həşimov Memorialı Şuşada yüksək səviyyədə təşkil olundu"

Anar Allahverdiyev: "Vüqar Həşimov Memorialı Şuşada yüksək səviyyədə təşkil olundu"

Vüqar Həşimov Memorialı Şuşada yüksək səviyyədə təşkil olundu.

Bunu “QELEBE.AZ”a açıqlamasında bu il Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev deyib.

Mütəxəssis hər kəsin razı qaldığını bildirib:

“Təşkilatçılıq Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası ilə birlikdə Vüqar Həşimov Şahmat Fondunun üzərində idi. “Şuşa” otelində yüksək səviyyəli təşkilatçılıq oldu. Biz də daxil olmaqla, hamı razı qaldı. Şuşa şəhərində bu cür otelin olması böyük bir işdir”.

O, son tura qədər gərgin mübarizə getdiyini söyləyib:

“Son tura qədər gərgin mübarizə getdi. Birinci yerin sahibi Yan Nepomnyaşi oldu. Nodirbek Abdusattorov ikinci yeri tutdu. Demək olar ki, sona 3 tur qalmışa qədər Şəhriyar Məmmədyarovun ikinci pillə şansı var idi. Ancaq alınmadı və üçüncü oldu”.

Direktor turnirin növbəti ildə hansı bölgədə keçiriləcəyi ilə bağlı sualı cavablandırıb:

“Bunu indidən demək çətindir. Ümumiyyətlə, bölgələrdə keçirmək çətindir. Hər yerdə təşkil etmək olmur. Turnirin keçiriləcəyi yer müvafiq standartlara uyğun gəlməlidir, otel, oyun zalı, işıqlandırma sistemi, güclü internet olmalıdır”.

A.Allahverdiyev turnirin formatında dəyişiklik etmək fikrində olmadıqlarını nəzərə çatdırıb:

“Turnirin bu formatı bizə uyğun gəlir. Maraqlıdır və azarkeşlər dəstəkləyir. Canlı yayım var, internet vasitəsilə onlayn izləmək mümkündür. Xeyli sayda baxış var. Məsələn, instaqram üzərindən baxışların sayı 10 milyona çatmışdı. Bu il olimpiada ili idi. İştirakçıların sayı az oldu. Ötən il 10 nəfər iştirak etmişdi. Yığmalar olimpiadadan yeni qayıtmışdılar. Bizim şahmatçılar yorğun idilər. Olimpiadadan dərhal sonra Şuşaya yollandılar. Təqvimin sıxlığından irəli gəldi. Bu səbəbdən kifayət qədər güclü şahmatçıları zamanında tapmaq çətindir”.

Qeyd edək ki, Vüqar Həşimov Memorialında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi rapid növündə 10, blitsdə isə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb