Mahir Emreli: Azərbaycandakı gənc futbolçulara nümunə olmaq üçün Avropa klublarına keçdim

Mahir Emreli: Azərbaycandakı gənc futbolçulara nümunə olmaq üçün Avropa klublarına keçdim

Azərbaycandakı gənc futbolçulara nümunə olmaq üçün Avropa klublarına keçdim. İstəyirəm ki, ölkəmin bir çox futbolçuları xaricdə çıxış etsinlər.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın "Nürnberq” kollektivinin futbolçusu Mahir Emreli deyib.

Klubun mətbuat xidmətinə danışan hücumçu legioner həyatı yaşamaqdan məmnun olduğunu bildirib:

"Daha əvvəl Xorvatiya, Türkiyə və Polşa komandalarında çıxış etmişəm. Azərbaycanı Avropa arenalarında layiqincə təmsil etmək arzusundayam. Üç il ərzində çıxış etdiyim ölkələrin xalqları və mədəniyyətləri ilə tanış olmuşam. Mən çox ünsiyyətcil biriyəm. Yeni insanlar və mədəniyyətlərlə tanış olmağı sevirəm".

27 yaşlı oyunçu Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb:

“Azərbaycan tolerant ölkədir, bizdə insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Bu səbəbdən mən başqa ölkələrin mədəniyyətlərinə daha tez uyğunlaşa bilirəm. Azərbaycanlı olsam da, hazırda çıxış etdiyim Almaniyanın xüsusi günlərini və bayramlarını öz sosial şəbəkə hesabımda paylaşmağı düşünürəm".

M.Emreli "Qarabağ"ın heyətində çıxış edərkən UEFA Çempionlar Liqasında İngiltərənin "Çelsi" komandasına qarşı keçirdikləri oyunu unuda bilmədiyini söyləyib:

"Londondakı “Stemford Bric” stadionunda "Çelsi"yə qarşı keçirdiyimiz oyun bizim üçün tarixi qarşılaşma idi. Düzdür, həmin matçda heç bir şansımız yox idi və böyük hesabla məğlub olmuşduq. Bu günə qədər heç vaxt unuda bilmədiyim üç stadion var - "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Roma"nın (İtaliya) arenaları. Həmin stadionlarda gördüyüm atmosfer heç vaxt yadımdan çıxmır".

Qeyd edək ki, Mahir Emreli II Bundesliqa komandasının heyətində ötən tur debüt edib. O, VI turda "Herta"ya qarşı keçirilən matçın 39-cu dəqiqəsində meydana daxil olub.

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"