FIDE Rusiya və Belarus şahmatçılarını beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib

FIDE Rusiya və Belarus şahmatçılarını beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib

FIDE Baş Assambleyası Rusiya və Belarus şahmatçılarını beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib. Bununla belə, qurum 12 yaşadək uşaqların və sağlamlıq imkanları məhdud idmançıların komanda yarışlarına buraxılması məsələsinə baxacaq.

“QELEBE.AZ” xəbər verir ki, iclas qurumun yutub kanalında canlı yayımlanıb.

FIDE-nin ali orqanı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar beynəlxalq şahmat yarışlarında Rusiya və Belarusa qarşı sanksiyaların qüvvədə qalmasına səs verib. Həftəsonu Budapeştdə keçirilmiş Baş Assambleyanın iclasında nümayəndə heyətlərinin əksəriyyəti Rusiya və Belarus uşaq şahmatçılarına və həssas qruplara qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyü ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə məsləhətləşmələr təklifini dəstəkləyib.

Bununla belə, Rusiya və Belarus milli komandalarına, rəsmi şəxslərə, habelə beynəlxalq yarışlarda rəsmi bayraq və himndən istifadəyə qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.

Sanksiya məsələsi haqqında yekun qərarı FIDE Şurası verəcək və onun səsvermənin nəticələrini ləğv etməyəcəyi gözlənilir.

Rusiya və Belarusdan sanksiyaların götürülməsi təklifi Qırğızıstan nümayəndə heyəti tərəfindən irəli sürülüb.

Azərbaycan daxil olmaqla FIDE-yə üzv olan 66 ölkə uşaqlara və həssas qruplara qoyulan məhdudiyyətlərin sonradan götürülməsi mümkünlüyü ilə sanksiyaların qüvvədə qalması qərarının lehinə, 41 ölkə isə bütün məhdudiyyətlərin tam saxlanılmasına səs verib. Cəmi 21 ölkə Rusiya və Belarusa tətbiq olunan bütün sanksiyaların ləğv edilməsindən yana olub. Postsovet məkanından bunun lehinə Rusiya və Belarusdan başqa, Ermənistan, Qırğızıstan və Türkmənistan səs verib. Rusiya və Belarusun beynəlxalq turnirlərə qaytarılmasının tərəfdarları arasında Serbiya, Yaxın Şərq, Mərkəzi və Cənubi Amerika, habelə Afrikanın bəzi dövlətləri var. Eyni zamanda, 11 ölkə bitərəf qalıb, 60-ı isə səsverməyə qatılmayıb.

BBC-nin nəql etdiyi kimi, uzun müddət gözlənilən səsvermə Qərbin Rusiyaya mədəniyyət, idman və diplomatiya sahələrində təzyiq göstərməyə davam etmək əzminin sınağı kimi qiymətləndirilirdi.

“Bu, Ukraynanın qələbəsidir”, – Ukrayna Şahmat Federasiyasından Viktor Kapustin BBC-yə söyləyib.

“Bu səsvermə o deməkdir ki, Rusiyanın güman etdiyi kimi yetərincə dəstəyi yoxdur”, – o əlavə edib.

“Rusiya təcavüzkar və işğalçıdır. Təcavüzkar idman da daxil olmaqla həyatının bütün sahələrində cəzalandırılmalıdır. Sanksiyaları qoruyub saxlamaq və ya hətta gücləndirmək vacibdir ki, onlar öz cinayətlərini etiraf etsinlər”, – o vurğulayıb.

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"