Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün başlama tarixi və reqlamenti müəyyənləşib.

"QELEBE.AZ" Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış oktyabrın 18-də başlayacaq.

Ötən ildən fərqli olaraq, XXX Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən "Cəlilabad" klubu "Quba" klubu ilə əvəzlənəcək, "Xəzri" klubu "Naxçıvan" adlanacaq, "Xırdalan" klubu isə "Abşeron" adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da bu mövsümdən mübarizəyə qoşulacaqlar.

Yeni reqlamentə əsasən, çempionatın oyunları 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq.

Müntəzəm mövsümün oyunları A və B qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk "altılıq"da bitirən, yəni pley-offa vəsiqə qazanan klublar A qrupunda, qalan 4 klub və yeni yaranan iki komanda B qrupunda mübarizə aparacaqlar.

A qrupunda "Sabah", "Naxçıvan", NTD, "Abşeron", "Neftçi" və "Sərhədçi" mübarizə aparacaq. B qrupunda isə "Sumqayıt", "Gəncə", "Quba", "Şəki", "Ordu" və "Lənkəran" klubları yer alacaq.

Müntəzəm mövsümdə A qrupunu ilk 3 yerdə tamamlayan klublarla yanaşı, B qrupunu lider bitirən komanda 1/4 finala vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutan komandalar isə 1/8 finalda üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazananlar 1/4 finala vəsiqə əldə edəcəklər.

Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanan klub ABL çempionu olacaq.

Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A, hansıların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib